Polşanın baş naziri Mateusz Moraşiecki Rusiyanı müstəmləkəçiliyi davam etdirməkdə ittiham edib. Newscenter.az trthaber-ə istinadən bildirir ki, Polşanın hökumət rəhbəri Rusiyanın Ukraynanı işğal etməklə beynəlxalq hüququ pozduğunu bəyan edib.
Brüsseldə Latın Amerikası liderləri ilə görüşdüyünü deyən Morawiecki, "Latın Amerikası müstəmləkəçilikdən çox əziyyət çəkib. Rusiya təcavüzkar rəftarı ilə müstəmləkə imperiyası olmağa davam edir. Beynəlxalq hüququn pozulmasına dözmək olmaz. Beynəlxalq hüququ pozanlar beynəlxalq ictimaiyyətdən kənarlaşdırılmalıdır”-deyə, vurğulayıb.
Natiq Orucov