Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polşada təyyarə qəzası, ölənlər və yaralananlar var -ÖZƏL

Polşada təyyarə qəzası, ölənlər və yaralananlar var


Polşada təyyatə qəzası baş verib.

Newscenter.az BBC-yə istinadən bildirir ki, hadisə paytaxt Varşava yaxınlığındakı hava limanı əhatəsində qeydə alınıb. Belə ki, kiçik tutumlu təyyarənin anqara çırpılması nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb.

Cessna 208 tipli təyyarə Varşavadan 47 kilometr aralıda yerləşən Chrcynno kəndindəki anqarda qəzaya uğrayıb. Qəza yerinə 4 helikopter və 10 təcili yardım maşını göndərilib.

Qəzadan əvvəl 13 nəfərin pis hava şəraitindən qorunmaq üçün anqara sığındığı açıqlanıb. Xəsarət alanlar da məhz anqara sığınanlar olub.

Mehman Mehdiyev
Xəbəri paylaş