Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaxda çaya beton axıdan müəssisə barədə ölçü götürülüb

Qaxda çaya beton axıdan müəssisə barədə ölçü götürülüb


Qax rayonunun ərazisindən keçən Kürmük çayına beton qarışdıran maşından beton tökülməsi ilə bağlı sosial şəbəkədə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəsmisi Xaliq Mirzəyev Newscenter.az-a bildirib ki, araşdırma zamanı çaya beton axıdan "Mercedes" markalı, 36-AC-335 dövlət nömrə nişanlı avtomobilin "SPARK" MMC-yə məxsus beton zavoduna aid olduğu müəyyən edilib.

“Faktla bağlı avtomobilin sürücüsü Fizuli Mehdiyev barəsində akt, protokol tərtib olunaraq qanunamüvafiq tədbir görülüb. Eyni zamanda, "SPARK" MMC-nin sahə rəisi Şahin Allahverdiyevə sürücülərinin fəaliyyətini nəzarətdə saxlaması üçün ciddi xəbərdarlıq olunub, əraziyə cavabdeh Qum bələdiyyəsinin sədri Sərxan Qurbanova isə ərazinin təmizliyinə mütəmadi nəzarət olunması ilə bağlı məcburi göstəriş verilib”.

Sona
Xəbəri paylaş