İyulun 20-də Brüsseldə Avropa Birliyi xarici işlər nazirlərinin toplantısı keçiriləcək. Newscenter.az trthaber-ə istinadən bildirir ki. toplantıda bir çox gündəm maddəsi ilə birlikdə ötən ayki toplantıda müzakirə edilməsi planlaşdırılan, lakin bir ay təxirə salınan Türkiyə ilə münasibətlər də müzakirə olunacaq.
Adının açıqlanmasını istəməyən yüksək rütbəli AB rəsmisi Türkiyə ilə əlaqələrin İttifaq üçün ən əhəmiyyətli əlaqələrdən biri olduğunu ifadə edərək, üzvlük prosesinin dayanmasına baxmayaraq Türkiyənin hələ də "namizəd ölkə" olduğuna diqqət çəkib.
Mehman Mehdiyev