Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Konqresində “İsrailin irqçi dövlət olmadığını” ifadə edən qanun layihəsi qəbul edilib -ÖZƏL

ABŞ Konqresində “İsrailin irqçi dövlət olmadığını” ifadə edən qanun layihəsi qəbul edilib


ABŞ Konqresinin Nümayəndələr Palatasında “İsrailin irqçi dövlət olmadığını” ifadə edən qanun layihəsi qəbul edilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, respublikaçı konqresmen Avqust Pflugerin Nümayəndələr Palatasına təqdim etdiyi, qanun layihəsi 9 əleyhinə, 412 nəfər lehinə səs verməklə qəbul olunub.

Qanun layihəsində o da vurğulanıb ki, ABŞ İsrailin sadiq tərəfdaşı və dəstəkçisidir.

Qeyd edək ki, sözügedən müzakirə və qanunun qəbulu İsrail prezidenti İsaak Hersoqun ABŞ-a səfəri ilə üst-üstə düşdüyü üçün Amerika ictimaiyyətində rezonans doğurub.

Anar Əliyev
Xəbəri paylaş