Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş 58 nəfər xarici media nümayəndəsi "qara siyahı"dan çıxarılıb

Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş 58 nəfər xarici media nümayəndəsi "qara siyahı"dan çıxarılıb


Xarici İşlər Nazirliyi (XİN), Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş bəzi xarici media nümayəndələrinin "qara siyahı"dan çıxarılması ilə bağlı bəyanat yayıb.

Newscenter.az xəbər verir ki, bəyanat mətnini XİN-də keçirilən brifinqdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə oxuyub.

Bəyanatda 58 nəfərin adının "qara siyahı"dan çıxarıldığı bildirilir.

A.Hacıyev bildirib ki, hər il onlarla şəxs adlarının "qara siyahı"dan çıxarılması üçün Azərbaycan hökumətinə rəsmi üzrxahlıq məktubu ünvanlayır:

"Uyğun olduğu təqdirdə onların adları "qara siyahı"dan çıxarılır".

Mehman Mehdiyev
Xəbəri paylaş