Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda İKT mütəxəssislərinin hazırlanması üçün Pakistanla birgə Təlim Mərkəzi yaradılacaq

Bakıda İKT mütəxəssislərinin hazırlanması üçün Pakistanla birgə Təlim Mərkəzi yaradılacaq


Bakıda peşəkar İKT mütəxəssislərinin hazırlanması üçün COMSATS ilə birgə Təlim Mərkəzi yaradılacaq.

Newscenter.az xəbər verir ki, bu barədə razılıq Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin Pakistana səfəri zamanı əldə olunub.

Məlumata görə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistan İslam Respublikasına səfəri çərçivəsində Cənubda Davamlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının (COMSATS) icraçı direktoru Məhəmməd Nafis Zəkəriya ilə görüşüb.

Görüşdə iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahələrində uzunmüddətli əməkdaşlıq imkanlarından danışılıb.

Görüş zamanı Azərbaycanda peşəkar İKT mütəxəssislərinin hazırlanmasına dair COMSATS ilə birgə layihənin həyata keçirilməsi müzakirə olunub. Bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə COMSATS arasında İKT və Texnologiya üzrə Təlim Kursları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, pakistanlı təlimçilər tərəfindən ölkəmizdə İKT üzrə peşəkar mütəxəssislərin hazırlanmasına başlanılacaq.

Bildirilib ki, bu layihə ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının inkişafı və müasir innovasiya mühitinin formalaşdırılmasına müsbət töhfə verəcək.

Mehman Mehdiyev
Xəbəri paylaş