"Kürdüstan Regionu başçısı Nəçirvan Bərzaninin Azərbaycana səfəri regional proseslərin qarşılıqlı təsirlərini bir-biriləri ilə əlaqələndirmək baxımından önəmli ipucları verir".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Türkiyənin də aktiv rol aldığı Yaxın Şərq regionu Azərbaycan üçün gələcək perspektivlər baxımından vacib regiondur:
"Kürd, Azərbaycan və türk xalqları tarixən bir-biriləri ilə yaxşı münasibətlərdə olublar. Bu, indi də belədir. Səfər perspektivdə əlaqələrin inkişaf etməsinə təkan verməklə yanaşı, hesab edirəm ki, əsasən terrorizmlə mübarizə, iqtisadi əlaqələrin artırılması kimi məsələlər baxımından da önəmli olacaq".
Politoloq qeyd edib ki, İkinci Qarabağ müharibəsində qələbədən sonra və Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın beynəlxalq münasibətlərdə, xüsusən də, Yaxın Şərqdə daha fəal olacağı gözlənilir:
"Bu dəhliz Türkiyə vasitəsilə Azərbaycanı Yaxın Şərqə və Qərb dünyasına birləşdirəcəyi üçün İraq Kürdüstan Regionu ilk istiqamətlərdən biridir. Türkiyənin Azərbaycan və İraq Kürdüstanı ilə qardaşlıq əlaqələri həm Bakı, həm də Ərbil üçün təmas nöqtələrinin yaradılmasına töhfə verir".
Anar Əliyev