Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyanın ən böyük kakao istehsalçısı ixracaatı dayandırdı -ÖZƏL

Dünyanın ən böyük kakao istehsalçısı ixracaatı dayandırdı


Dünyanın ən böyük kakao istehsalçısı sayılan Fil Dişi Sahili kakao ixracını dayandırıb. Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb şiddətli yağışlardır.

Fil Dişi Sahilində yağan həddindən artıq yağış səbəbindən kakao ağaclarına ziyan dəyib ki, bu da 2023-2024-cü illər üçün ixrac müqavilələrinin ertələnməsinə gətirib çıxarıb.

Yağışların vurduğu ziyana görə cari mövsümdə 2,2 milyon ton olacağı təxmin edilən kakao istehsalında ciddi azalma gözlənilir. Xüsusilə, cənub-qərb və cənub-şərqdə kakao sahələrinin su altında qaldığı, leysan yağışları səbəbindən əkinlərdə ilk məhsulun əhəmiyyətli dərəcədə azalmasının gözləndiyi bildirilir.

Keçən il 2,4 milyon ton kakao paxlası ilə dünyanın ən böyük kakao istehsalçısı olan Fil Dişi Sahili təkcə dünyanın kakao tələbatının 44 faizini ödəyir.

Mehman Mehdiyev
Xəbəri paylaş