Alimlər bu gün Yerdə nadir dağıdıcı Günəş qasırğasının olacağı barədə xəbərdarlıq ediblər. Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, baş verən hadisə elektron sistemlərə, peyklərə və rabitə sistemlərinə təsir edəcək və sözügedən sistemlər çökə bilər.
Kosmik ətraf mühit üzrə mütəxəssis Dr. Şon Elvidc bildirib ki, bu tufanlar Yerin maqnit sahəsində əhəmiyyətli pozuntular yaradır və rabitə sistemlərinə təsir göstərir. Onun sözlərinə görə, belə hadisələr Günəşin nəhəng gücünü göstərir və onun Yerin texnoloji infrastrukturuna təsir etmək qabiliyyətinə malik olduğuna işarədir.
Mehman Mehdiyev