Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan BƏƏ prezidentinə "Togg" hədiyyə etdi -ÖZƏL

Ərdoğan BƏƏ prezidentinə "Togg" hədiyyə etdi


Körfəz ölkələrinə səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olub.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi səfərə gəldiyi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Prezident Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyana Türkiyə istehsalı olan "Togg" avtomobili hədiyyə edib.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə səfəri zamanı Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salmana, Qətərdəki təmasları zamanı isə Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Saniyə "Togg" hədiyyə edib.

Mehman Mehdiyev
Xəbəri paylaş