Xaricdə tibb təhsili alan həkimlərə Azərbaycanda tibb təhsili alan həkimlərlə müqayisədə yüksək əmək haqqının verilməsi səhiyyə işçiləri arasında heç də birmənalı qarşılanmayıb. Bir çoxları bu ayrıseçkiliyi pisləyərək bu prosesdə TƏBİB-i günahkar hesab edirlər. Elə Qaraciyərin Tədqiqi üzrə Avropa Assosiasiyasının üzvü, qastroenteroloq, hepatoloq Aysel Əskərova da bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, Aysel Əskərova deyib ki, bu strategiya doğru deyil:
"TƏBİB xaricdə təhsil alanlara yüksək əməkhaqqı verir. Eyni əməyi sərf edən həkimlər arasında bu ayrıseçkilik nə dərəcədə düzdür, onu anlamadım. Kim deyir ki, xaricdə təhsil alanlar ultra savadlı olur?. O halda gələcək nəsil niyə rezidentura oxumalıdır? Mən bu strategiyadan bir şey anlamadım".
Aysel Əskərova deyib ki, gələcək nəsil böyük axınla xaricə gedəcək və böyük ehtimal əksəriyyəti geri qayıtmayacaq.
Anar Əliyev