hər il olduğu kimi, Kəbənin köhnə örtüyü sökülərək yerinə yenisi qoyulub.
Newscenter.az Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-ya istinadən bildirir ki, örtüyün dəyişdirilməsi Kəbənin imamı Sudeysinin rəhbərlik etdiyi qrup tərəfindən həyata keçirilib.
Ümumilikdə 45 parçadan ibarət olan Kəbə örtüyü 850 kiloqram xalis ipək parça üzərində motov və xətlər üçün 120 kiloqram qızıl və 100 kiloqram gümüşdən ibarətdir.
Ənənəvi olaraq, Kəbənin örtüyü hər hicri ilinin birinci günü, Məhərrəm ayının ilk günü dəyişdirilir. Kəbənin örtüyü Məkkədəki Kral Əbdüləziz Kəbə Örtük Kompleksində 200 mütəxəssis tərəfindən səliqə ilə hazırlanır.
Mehman Mehdiyev