Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kiyevə İran PUA-ları ilə hücum edildi, şəhərdə partlayış səsləri eşidilir -ÖZƏL

Kiyevə İran PUA-ları ilə hücum edildi, şəhərdə partlayış səsləri eşidilir


Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.

Kliçko sosial media hesabından verdiyi açıqlamada səhər saatlarında Kiyevdə partlayış səslərinin eşidildiyini bildirib.

Kiyev Şəhər Hərbi İdarəsinin rəisi Sergey Popiko da sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun İran istehsalı olan “Şahad” tipli pilotsuz uçuş aparatları (PUA) ilə Kiyevə hücum etdiyini bildirib.

Bütün PUA-ların hava hücumundan müdafiə qüvvələri tərəfindən havada məhv edildiyini bildirən Popko, hücum nəticəsində yaralanan vətəndaşlar və ya dağıntı ilə bağlı hələlik məlumat almadıqlarını bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş