Paytaxtda fəaliyyət göstərən “MADO” restoranlar şəbəkəsi artıq bir müddətdir ki, müştərilərinə mobil telefonlarına enerji yığmaq üçün ödəniş əsasında Powerbanklar təqdim edir. Ancaq qəribəsi odur ki, “MADO”-da Powerbankdan istifadə edən müştəridən təkcə həmin anda pul tutulmur, restoranlar şəbəkəsinin qurduğu və insanların başına açdığı oyun nəticəsində davamlı olaraq vətəndaşın kart heabından Powerbankdan istifadə haqqı tutulur.
Newscenter.az xəbər verir ki, bəstəkar ifaçı Çilənay Hüseynova belə bir problemlə üzləşdiyini deyib. O bildirib ki, aprel ayında sözügedən restoranlar şəbəkəsində olarkən Powerbankdan istifadə edib və buna görə 5 gün ard-arda onun kartından 3 AZN çıxılıb:
“Həmin hadisənin üzərindən bir neçə ay keçib. Ancaq dəfələrlə kartımdan pul tutulur. Kartımda 30 AZN olduğu halda, bu gün baxdım ki, 15 manat qalıb. Bankla əlaqə saxladıqda məndən Power bank əməliyyatı üçün pul tutulduğunu dedilər”.
Anar Əliyev