Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Megacity” fitness və spa mərkəzində azyaşlı hovuzda boğularaq ölüb

“Megacity” fitness və spa mərkəzində azyaşlı hovuzda boğularaq ölüb


Bakıda idman-sağlamlıq mərkəzində azyaşlı hovuzda boğularaq ölüb.

Newscenter.az bildirir ki, “Report”un xəbərinə görə, hadisə Yasamal rayonunun Zahid Xəlilov küçəsində yerləşən “Megacity” fitness və spa mərkəzində qeydə alınıb.

Belə ki, nəzarətsiz qalan 2020-ci il təvəllüdlü G.Məmmədli hovuza yıxılıb. Nəticədə o, boğularaq ölüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a bildirilib ki, hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş