Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Oturduğu yerdən 80 metr aralıda xəbəri olmayan rəhbərlər -ƏDALƏT VERDİYEV YAZIR

Oturduğu yerdən 80 metr aralıda xəbəri olmayan rəhbərlər


Vətən Müharibəsindən əvvəl və sonra həm Səfərbərlik, həm də Müdafiə nazirliyinin sıralarında mövcud olan bəzi yüksək və ali rütbəli vəzifəli şəxslərin natəmiz korrupsioner fəaliyyətlərindən hamımız qiyabi olsa da xəbərdar idik. Ölkənin miqyası hansısa sistem halına salınmış korrupsiyanı uzun müddətli tətbiqinə imkan vermir.

Səfərbərlik problemi fərqli mexanizmə malikdir, bu barədə daha əvvəl yazmisam. Müdafiə Nazirliyinin binasında nazirdən 80 metr aralıda oturan maliyyə idarə rəisi 80 milyon, Şlyapa Zahid 42 milyon manatı təkbaşına oğurlaya bilməz. Xəbəri olubsa, pis, olmayıbsa daha da pis. Eləcə də satınalmalar, eləcə də Hərbi Həkim Komissiyası, eləcə də MAXE və digər hərbi qulluqçuların xidmətə qəbulu, yerdəyişmələr, vəzifəyə təyinatlar və s. sahələrdə çox sayda qanuna zidd fəaliyyətlər həyata keçirilib. Kənardan uğursuz kadrları orduya gətirib generala qədər qaldırıb sonra da ordudan təxris etmək büdcəyə və ordunun maraqlarına ziyan deyilmi? Bu fəaliyyətlərin bir çoxunun üstü ört basdır edilib. Həbs olunanlar barədə eşidirik, amma məhkəmənin yekun qərarını əldə edə bilmirik. Məsuliyyətə cəlb olunanlardan bir çoxları isə oğurladığı məbləği qismən qaytarmaqla həbsdən azad edilir. Bu isə ictimaiyyətin vicdanını sızıldadır.

Qalıb bir ordunun rəhbərliyinin oturduğu binanin ətrafinda ən böyük oğurluqlar baş verməli deyil. Oturduğu yerdən 80 metr aralıda xəbəri olmayan rəhbərlər, ucqar rayonlarda yerləşən bölmələrindən və ya düşmənin məxfi fəaliyyətindən necə xəbəri ola bilər? İrdu ordu sıralarında bir çox yeniliklər gözlənilir. Aqil Qurbanovun müdafiə nazirinin müavini təyin olunması ilə paralel olaraq Müdafiə nazirliyinin ştat və strukturu dəyişdirilir. Ordumuzda müsbət işlər dünya qədərdir. Amma təltif və veteranliqla bağlı vəziyyət hələ də bərbaddır. Əgər nazirlikdə , birliklərdə, bölmələrdə və hissələrdə vəziyyətin nə yerdə olduğunu bilmək istəyiriksə, xidmətdə olanların təkliflərini, şikayətlərini, mövcud çatışmazlıqları, kadr siyasətinin neqativlərini və şəbəkədə müzakirə olunan problemləri gözardı etməli deyilik.Ordudan ayrılan Vətən Müharibəsi Qəhrəmanları ilə heç olmasa danisin.Hər bir əsgərə birbaşa MN-ə şikayət imkanı yaradıb, anonim sorğular keçirin. Qəhrəmanları dinləmək hamımızın borcudur..Müharibədən sonra bir dəfə də olsun mövcud problemləri müzakirə etmək üçün tədbirə dəvət almamışam. Bütün bunlara baxmayaraq, bu və digər istiqamətlərdə səmimi olaraq problemləri həll etmək istəyən istənilən qurum və şəxslə əməkdaşlıq etməyə haziram. Təki Ordumuzda narazılıq və haqsızlıq olmasın.

Ədalət Verdiyev-hərbi ekspert
Xəbəri paylaş