Türkiyədəki meşə yanğınlarının söndürülməsinə dəstək olmaq məqsədilə Rusiyadan bu ölkəyə 2 ədəd Be-200 amfibiya yanğınsöndürmə təyyarəsi göndərilib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, bu barədə açıqlamanı Rusiya Fövqəladə Hallar Nazirliyi verib. Nazirlik təyyarələrin Rusiya prezidenti Vladimir Putinin təlimatı əsasında Türkiyəyə göndərildiyini vurğulayıb.
Təyyarələr Muğla və İzmirdəki yanğınların söndürülməsi prosesində iştirak ecəcək.
Mehman Mehdiyev