ABŞ-ın Las-Veqasdan Atlanta şəhərinə uçmağa hazırlaşan "Delta" Hava Yollarına məxsus təyyarə 4 saat uçuş-enmə zolağında gözləməli olub.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, havalandırıc sistemin işləməməsi səbəbindən təyyarədə sərnişinlər və kabin heyəti huşunu itirib. 44 dərəcə istidən huşunu itirən 5 sərnişin və 1 kabin heyətinə dərhal ilk tibbi yardım göstərilib.
Baş verənlərlə bağlı "Delta Airlines" sərnişinlərdən üzr istəyib və ertəsi gün Atlantaya uçan sərnişinlərin pulunu geri qaytarıb.
Mehman Mehdiyev