Türkiyənin Karabük vilayətində dabaq xəstəliyi yayılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, xəstəlik səbəbindən vilayətin Eskipazar və Eflani rayonlarının 29 kəndi və 6 məhəlləsində karantin elan edilib. Həmin ərazilərə heyvanların giriş-çıxışı müvəqqəti olaraq məhdudlaşdırılıb.
Qeyd edək ki, Kənd Təsərrüfatı və Meşə Müdirliyi qrupları tərəfindən Eskipazarın Hamamlı kəndindəki fermada və Eflani rayonundakı Koltucak kəndində dabaq xəstəliyi şübhəsi ilə heyvanlardan nümunələr götürülüb. Müayinə nəticəsində dabaq xəstəliyi aşkar edildikdən sonra Əskipazar və Eflani rayonlarının 29 kənd və 6 məhəlləsində karantin tətbiqinə başlanılıb.
Sona