Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə sərnişin avtobusu qəzaya uğradı, ölən və çoxlu sayda yaralı var -ÖZƏL

Türkiyədə sərnişin avtobusu qəzaya uğradı, ölən və çoxlu sayda yaralı var


Türkiyədə növbəti dəfə ağır yol qəzası hadisəsi baş verib. Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, hadisə
Elazığ vilayətində qeydə alınıb.

Belə ki, sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində baş verən dəhşətli qəzada 1 nəfər ölüb, 32 nəfər yaralanıb.

Qəza Elazığ-Malatya avtomobil yolunun Koçharman kəndi ərazisində meydana gəlib. Məlumata görə, İstanbuldan Bingölə sərnişin aparan B.D. N.T.-nin idarəsindəki 23 ADF 976 nömrəli avtobus. 16 ARS 957 nömrəli yük maşınına arxadan çırpılıb. Qəzadan dərhal sonra əraziyə çox sayda həkim briqadası, xilasedici və polis qrupları cəlb edilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş