Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynalı uşaqların taleyi müzakirə edilib -ÖZƏL

Ukraynalı uşaqların taleyi müzakirə edilib


ABŞ prezidenti Co Bayden Roma Papası Fransiskin nümayəndəsi ilə Ağ Evdə görüşüb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, görüşdə əsas müzakirə mövzusu ölkədən çıxarılan ukraynalı uşaqların taleyi olub.

Ağ Ev rəhbəri Boloniya arxiyepiskopu və İtaliya Yepiskop Konfransının sədri kardinal Matteo Maria Zuppi ilə görüşdə Bayden Papa Fransiskin qlobal liderliyini və onun davamlı missiyası üçün xoş arzularını bölüşüb və Amerika arxiyepiskopunun kardinal kimi namizədliyini alqışlayıb.

Tərəflər Vatikanın Rusiyanın Ukraynaya davam edən təcavüzü nəticəsində yaranan gərginliyi həll etmək səyləri çərçivəsində humanitar yardım səylərini müzakirə ediblər. Görüşdə həmçinin, ölkələrindən zorla deportasiya edilmiş ukraynalı uşaqların vətənə qaytarılması üçün fəal işin aparılmasını müzakirə ediblər.


Mehman Mehdiyev
Xəbəri paylaş