Yevlaxda ikimərtəbəli ev yanıb, xəsarət alan var.
Bu barədə Newscenter.az--a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Yevlax şəhərində ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd yataq dəsti yanıb, yüksək temperaturdan divar kağızı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mehman Mehdiyev