Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin taxıl dəhlizi ilə bağlı çağırış edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ukrayna prezidenti “BMT çox dəqiq və qətiyyətli addım atmasa, bu dəhliz təhlükəsiz olmayacaq”. deyə-vurğulayıb.
Kiyevdə İrlandiyanın baş naziri Leo Varadkarla görüşdən sonra keçirdiyi mətbuat konfransında Zelenski müharibədən qaçan 86 min ukraynalıya sığınacaq verdiyinə görə İrlandiya xalqına təşəkkür edib.
Zelenski İrlandiyanın Ukraynaya 170 milyon avrodan çox dəstək verdiyini və bu ölkənin minalardan təmizləmə prosesində fəal iştirak etdiyini bildirib.
Mehman Mehdiyev