Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

5 il ərzində Kaspersky dünya üzrə Şəffaflıq Mərkəzləri şəbəkəsi qurub

5 il ərzində Kaspersky dünya üzrə Şəffaflıq Mərkəzləri şəbəkəsi qurub


2023-cü ildə Kaspersky müəllifi olduğu Qlobal İnformasiya Şəffaflığı Təşəbbüsünün beşinci ildönümünü qeyd edir. Şirkət bu təşəbbüsü tərəfdaşları və müştərilərini məhsulların etibarlılığına inanmağa kömək etmək və kibertəhlükəsizlik sənayesində şəffaflıq standartını təşviq etmək üçün təqdim edib.

Newscenter.az xəbər verir ki, layihənin işə salınmasından bəri şirkət bu təşəbbüsə ümumilikdə 7,9 milyon dollar sərmayə qoyub. Bu gün buraya 6 əsas tədbir və addım daxildir: məlumatların emalı və saxlanması üçün infrastrukturun şaxələndirilməsi; bütün dünyada Şəffaflıq Mərkəzlərinin açılması; müntəzəm müstəqil auditlərin aparılması; zəifliklərin axtarışı proqramlarının həyata keçirilməsi (bug bounty); İT infrastrukturunun təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi üzrə bacarıqlar qazanmağa imkan verən təlim proqramının işə salınması; hüquq-mühafizə orqanlarından və dövlət qurumlarından şirkətə nə qədər məlumat sorğusu daxil olduğu barədə məlumatların əks olunduğu hesabatların dərci.

Şəffaflıq mərkəzləri. Kaspersky özünün Şəffaflıq Mərkəzləri şəbəkəsini yaradıb ki, burada müştərilər, tərəfdaşlar, kibertəhlükəsizliyə cavabdeh olan dövlət tənzimləyiciləri mənbə kodunu yoxlayaraq şirkətin həllərinin etibarlılığını araşdıra, həmçinin şirkətin daxili prosesləri haqqında ətraflı məlumatlar əldə edə bilərlər. 2018-ci ilin noyabrında Sürixdə ilk Şəffaflıq Mərkəzinin açılışından bəri şirkət Avropa, Şimali və Latın Amerikası və Asiya-Sakit okean regionunda daha səkkiz bu cür mərkəz açıb. Bu günə qədər Kaspersky 60-a yaxın iştirakçı, o cümlədən milli tənzimləyicilərin və dünyanın hər yerindən olan şirkətlərin nümayəndələri üçün brifinqlər keçirib. 2024-cü ilin ortalarına qədər şirkət Şəffaflıq Mərkəzləri şəbəkəsini genişləndirməyi və Yaxın Şərq, Afrika və Asiya-Sakit okean regionunda yeni mərkəzlər açmağı planlaşdırır.

Bundan başqa, Kaspersky-yə məxsus Şəffaflıq Mərkəzlərində təklif olunan imkanların çeşidini genişləndirir. Əvvəllər tanışlıq üçün yalnız ev istifadəçiləri və biznes üçün flaqman məhsulların mənbə kodu təklif edilirdi. 2023-cü ilin iyul ayından etibarən şirkət korporativ müştərilər üçün bütün yerli həllərin mənbə kodunun nəzərdən keçirilməsini təqdim edir. Mərkəzlərdə həmçinin layihə sənədləşməsi və təhlükə modelləri kimi elementlər də daxil olmaqla, Kaspersky məhsullarının özünü sertifikatlaşdırma nəticələrini görmək mümkün olacaq ki, bu da Avropa Kiber Dayanıqlılıq Qanunu layihəsinin tövsiyələrinə cavab verir.

Məlumatların emalı və saxlanması infrastrukturunun şaxələndirilməsi. Bu, İnformasiya Şəffaflığı üzrə Qlobal Təşəbbüsün ilk addımlarından biri idi. Şirkət öz məhsullarının istifadəçilərindən aldığı kibertəhlükə məlumatlarını güclü məlumat qorunması və neytrallığı ilə tanınan İsveçrədəki məlumat mərkəzlərinə köçürüb. Bu gün Sürixdəki iki məlumat mərkəzində Kaspersky məhsullarının Avropa, Şimali və Latın Amerikası, Yaxın Şərq və Asiya-Sakit okean regionunun bəzi ölkələrindən olan istifadəçilərinin məlumatları saxlanılır və emal olunur.

Müntəzəm müstəqil audit yoxlamalarının aparılması. Qlobal Şəffaflıq Təşəbbüsünün bir hissəsi olaraq Kaspersky öz daxili prosesləri ilə bağlı müntəzəm müstəqil qiymətləndirmələr alır. 2019-cu ildən etibarən şirkətin məlumat idarəetmə sistemləri mütəmadi olaraq ISO/IEC 27001:2013 standartına uyğun sertifikatlaşdırılır. Audit şirkətin həllərinin təhlükəsizliyini təsdiq edir. 2019-cu ildən etibarən Kaspersky müntəzəm olaraq SOC 2 tərəfindən yoxlanılır və 2023-cü ildə ilk dəfə olaraq “Service Organization Control for Service Organizations (SOC 2) Type 2” auditindən keçib.

“Biz Kaspersky-də həmişə istifadəçi məlumatlarının qorunmasına çox ciddi yanaşırıq. Müştərilərimizin bizə etibar etdiyi məlumatların təhlükəsizliyini təmin etmək üçün məlumatların idarə edilməsi təcrübələrimizi qabaqcıl sənaye standartlarına uyğunlaşdıraraq bu həssas məsələyə hərtərəfli yanaşırıq,” - deyə Kaspersky-nin Tədqiqat və İnkişaf Şöbəsinin Direktoru Anton İvanov bildirir. “Biz yoxlama üçün həmçinin üçüncü tərəf auditorları dəvət etmişik və məlumatların saxlanması və emalı üçün sənaye standartlarına cavab verən məkan seçmişik. Beləliklə, biz məhsullarımızın istifadəçilərinə onların məlumatlarının təhlükəsizliyi və məxfiliyi barədə güvən verəcəyimizə ümid edirik”.

Zəiflik axtarışı üzrə proqram. 2018-ci ilin mart ayından etibarən Kaspersky kiçik zəifliklərlə bağlı 55 bildiriş alıb, həmin zəiflikləri aradan qaldırıb və bu günə qədər müstəqil tədqiqatçılara ümumilikdə 77 450 dollar mükafat ödəyib.
“Bu gün dünya üzrə şirkətlər proqram təminatçılarının daha da şəffaf olmasını və hər bir komponentin kibertəhlükəsizliyinin təmin olunmasını daha çox tələb edirlər. Bu, Kaspersky-nin sənayenin gələcək istiqamətlərini nəzərdə tutan və standartlar müəyyən edən uzaqgörən şirkət olduğunu təsdiqləyir”, - deyə Kaspersky-nin Hökumətlə Əlaqələr Şöbəsinin direktoru Yuliya Şlıçkova qeyd edir.

Sona
Xəbəri paylaş