COVİD-19 pandemiyasının Kiprin Rum hissəsində 300 min pişiyin ölümünə səbəb olduğu barədə xəbərlər yayılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Kipr Rum Baytarlıq Dərnəyi isə yayılan xəbərləri təkzib edib. Kipr Rum Baytarlıq Dərnəyinin direktoru Nektaria İoannou Arsenoglou bunun şişirdilmiş rəqəm olduğunu deyib. Onun sözlərinə görə, yayılan bilgilərlə əlaqədar 35 baytarlıq klinikası araşdırma aparıb. Nəticədə COVİD-19 pandemiyası zamanı 8 min pişiyin öldüyü müəyyən edilib.
Arsenoglou, COVİD-19 pandemiyası zamanı pişiklərin 85 faizinin müalicə ilə sağlamlıqlarını bərpa etdiklərini bildirib.
Mehman Mehdiyev