Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan BƏƏ-dən Şimali Kiprə getdi -ÖZƏL

Ərdoğan BƏƏ-dən Şimali Kiprə getdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə səfərini başa çatdırıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Əbu-Dabi Beynəlxalq Hava Limanından BƏƏ-nin vitse-prezidenti Şeyx Mənsur Bin Zayed Əl Nəhyan, Türkiyənin Abu Dabidəki səfiri Tuqay Tunçer və digər rəsmi şəxslər Türkiyə prezidentini yola salıblar.

Prezident Ərdoğan və bərabərindəki heyət BƏƏ-dən Şimali Kipr Türk Reespublikasına səfər edib. Səfər zamanı Türkiyə lideri Ercan Hava Limanında yeni terminal binasının açılış mərasimində iştirak edəcək. Həmçinin, Türkiyə prezidenti Şimali Kiprdə 20 İyul Sülh və Azadlıq Günü mərasimlərinə qatılacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş