Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ersin Tatar: "ŞKTC Şərqi Aralıq dənizində Türkiyə və türk dövlətlərinin əvəzsiz qalasıdır" -ÖZƏL

Ersin Tatar: "ŞKTC Şərqi Aralıq dənizində Türkiyə və türk dövlətlərinin əvəzsiz qalasıdır"


Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Lefkoşada keçirilən ŞKTR-nin “20 İyul Sülh və Azadlıq Günü Rəsmi Mərasimi”ndə çıxış edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bölgələrində kritik hadisələrin olduğunu və Şərqi Aralıq dənizindəki geosiyasi vəziyyətin karbohidrogen ehtiyatları üzərində böyük mübarizəyə çevrildiyini qeyd edən Tatar, “Müxtəlif aktorların və qlobal güclərin Şərqi Aralıq dənizindən Şimali Kipr Türk Cümhuriyyətini və Türkiyəni təsirsiz hala gətirməklə dənizdə hökmranlıq etmək səyləri gərginliyə səbəb olur", deyə-vurğulayıb.

Gərginliyin əsas səbəblərindən birinin Yunan-rum ikilisinin silahlanma fəaliyyətlərinin davam etdirilməsi olduğunu ifadə edən Tatar, Vətəni müdafiə etmək üçün hər cür mübarizənin davam etdiyini vurğulayıb.

KKTC prezidenti Tatar, "Şimali Kipr Türk Cümhuriyyəti Türkiyənin və Şərqi Aralıq dənizindəki türk dövlətlərinin vazkeçilməz qalasıdır", deyə çıxışını tamamlayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş