Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.
Newscenter.az-a Palatadan daxil olan xəbərə görə, clasda sədr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinin verilməsinə görə Maksudov Şahin İsbat oğlunu, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilən Hesablama Palatasının əməkdaşları Abasov Azim Heydər oğlunu, Alıyev Nazim Əyyub oğlunu, Əliyev Rəşad Zəbərxan oğlunu, Məmmədov Elnur Eldar oğlunu təbrik edərək təltifləri təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra iclasda Hesablama Palatasının 2023-cü il İş Planına uyğun başa çatdırılmış 3 auditin nəticələrinə baxılıb və müvafiq auditor hesabatları təsdiq edilib.
Həmçinin, Hesablama Palatasının fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və metodoloji bazanın təkmilləşdirilməsi məqsədilə “Risklərin idarəedilməsi Təlimatı” təsdiq edilib.
Daha sonra iclasda beynəlxalq əməkdaşlıqla əlaqədar, həmçinin Təlim Mərkəzinin fəaliyyəti ilə bağlı yarımillik hesabatlar təqdim edilib və müvafiq müzakirələr aparılıb.
Anar Əliyev