İranda məcburi hicab pozuntusuna qarşı növbətçilik edən “əxlaq polisi” bundan sonra yalnız xəbərdarlıq edəcək.
Newscenter.az Iran mediasına istinadən bildirir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Yaqub Rizazadə ölkədə məcburi hicab pozuntusu ilə mübarizə çərçivəsində yenidən patrul fəaliyyətinə başlayan “əxlaq polisi”nin yalnız xəbərdarlıq edəcəyini və bu qurumun hicab taxmayanlara qarşı hər hansı cəza tədbiri həyata keçirməyəcəyini bildirib.
Qeyd edək ki, ötən ilin sentyabrında İranda 22 yaşlı Məhsa Emini əxlaq polisi tərəfindən saxlandıqdan və təzyiqlər nəticəsində vəfat etdikdən sonra İranda bütün ölkə boyu etirazlar başlayıb. Etirazlarda 1979-cu ildən tətbiq edilən məcburi hicab qanununun yumşaldılması tələbləri yenidən gündəmə gəlib.
Mehman Mehdiyev