Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsveçdə Quranı yandıran şəxs haqqında həbs qərarı verildi -ÖZƏL

İsveçdə Quranı yandıran şəxs haqqında həbs qərarı verildi


Ankara 8-ci Cəza Məhkəməsi Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandıran Danimarkanın ifrat sağçı Qatı İstiqamət Partiyasının (Stram Kurs) lideri Rasmus Paludan haqqında həbs qərarı çıxarıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, yanvarın 21-də İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyi qarşısında Quranı yandıran Paludan haqqında Türkiyə Baş Prokurorluğu tərəfindən “ictimaiyyətin bir hissəsi tərəfindən mənimsənilmiş dini dəyərləri açıq şəkildə təhqir etmək” ittihamı ilə başladılan istintaq davam edir.

Hələlik Stokholm məlum qərarla bağlı mövqe açıqlamayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş