Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsveçin Bağdaddakı səfirliyi yandırılıb

İsveçin Bağdaddakı səfirliyi yandırılıb


İraqda etirazçılar İsveçin Bağdaddakı səfirliyinin binasını yandırıblar.

Newscenter.az-ın məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən xəbər verib.

Bu yaxınlarda Stokholm hakimiyyətinin razılığı ilə həyata keçirilən Quranın yandırılmasına etiraz edənlər İsveçin Bağdaddakı səfirliyinə soxulublar. Agentlik mənbə və hadisə şahidinə istinadən bildirib ki, etirazçılar binanı yandırıblar.

Hadisə zamanı səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.

Qeyd edək ki, daha əvvəl İsveç polis İraqın ölkədəki səfirliyi yaxınlığında Quranın yandırılmasına icazə verib.

“Agence France-Presse”nin məlumatına görə, İsveç polisi çərşənbə günü İraqın Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması ilə bağlı mitinq keçirməyə müsbət cavab verib.

Qeyd edilir ki, Stokholm polisi İraq səfirliyi qarşısında "ictimai toplantı" keçirmək üçün icazə verib, lakin etirazçıların nə planlaşdırdıqları barədə əlavə şərhdən imtina edib.

KİV-in məlumatına görə, etirazçılar Qurani-Kərimi və İraq bayrağını yandırmaq niyyətindədirlər. İyunun sonunda Stokholmda Quranı açıq şəkildə yandıran eyni iki nəfər cümə axşamına planlaşdırılan aksiyada iştirak edəcək.

İyunun sonunda Stokholmda Qurban bayramı zamanı Quranın təhqir olunması və yandırılması ilə geniş əks-səda doğuran aksiya dünyanın bir çox ölkələrində böyük narazılığa səbəb olub.

Anar TAGİYEV
Xəbəri paylaş