Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə rayonunun Dəymədağıldı və Uğurbəyli kəndlərinin ərazilərində fəaliyyət göstərən “OBA” və “Şuşa” marketlərin yaxınlığında tullantıların qalaqlanaraq yandırılması faktları müəyyən edilib.
Newscenter.az-ın xəbərinə görə, Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı tullantıların sözügedən marketlərin əməkdaşları tərəfindən əraziyə atılaraq yandırıldığı məlum olub.
“Faktlarla bağlı marketlərin səlahiyyətli nümayəndələri İlqar İbişov və Hacı Hacızadə barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb. Ərazilər tullantılardan təmizlənib”.
Sona