2023-cü ilin ilk 6 ayında Pakistanda terror hücumları 79 faiz artıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Pakistan Münaqişə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun hesabatında bu barədə məlumat verilib.
Məlumatına görə, ilin ilk 6 ayında ölkədə 271 terror aktı baş verib. Nəticədə 389 nəfər həyatını itirib. 2022-ci ilin eyni dövründə isə 151 terror aktı baş verib və terraktlar nəticəsində 293 nəfər həyatını itirib.
Qeyd edək ki, son aylar ölkədə, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb. Rəsmi İslamabad bu hücumların Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırıldığını və idarə edildiyini iddia edir.
Mehman Mehdiyev