Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sürücü diqqətsizliyi dəmir yolu xəttində daha bir qəzaya səbəb olub

Sürücü diqqətsizliyi dəmir yolu xəttində daha bir qəzaya səbəb olub


20 iyul 2023-cü il saat 11:10 radələrində Dübəndi-Zirə dəmir yolu xəttinin 23-cü kilometrində ADY-yə məxsus yol maşını təmir işləri aparan zaman dövlət qeydiyyat nişanı 77-KD-762 olan “Toyota Prius” markalı avtomobil qorunmayan dəmiryol keçidini keçməyə cəhd edib.

Newscenter.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bildirir ki, maşinist tərəfindən təcili tormozlanma aparılsa da toqquşma qaçılmaz olub. Nəticədə minik avtomobilinin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hadisə aidiyyəti üzrə araşdırılır.

R.Mehdiyeva
Xəbəri paylaş