Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil İdarəsi jurnalistləri təbrik edib

Təhsil İdarəsi jurnalistləri təbrik edib


22 iyul-Millli Mətbuat Günü münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən media nümayəndələri ilə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və KİV nümyəndələri iştirak ediblər.

Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov və BŞTİ-nin müdiri Mehriban Vəliyeva media təmsilçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara təhsil sahəsində və paytaxtın təhsil həyatında baş verən yeniliklərin işıqlandırılmasında verdikləri dəstəyə və səmərəli əməkdaşlığa görə təşəkkürlərini bildiriblər. Həmçinin təhsildən yazan, maarifçilik, məktəb təəssübkeşi olan qələm adamları ilə görüşdən məmnunluqlarını ifadə ediblər.

Hər il ölkəmizdə Milli Mətbuat Gününün yüksək səviyyədə qeyd olunduğu vurğulanıb və bu, cəmiyyətin mətbuata verdiyi önəmin ifadəsi kimi dəyərləndirilib.

Media nümayəndələri təşəkkürlərini bildirərək, qarşılıqlı əməkdaşlıqdan məmnun olduqlarını qeyd ediblər.

Sonda media nümayəndələri ilə xatirə şəkli çəkdirilib.

R.Mehdiyeva
Xəbəri paylaş