Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika naziri Naxçıvanda vətəndaşları qəbul edib

Energetika naziri Naxçıvanda vətəndaşları qəbul edib


Energetika naziri Pərviz Şahbazov iyulun 21-də Naxçıvan şəhərində vətəndaşları qəbul edib.

Newscenter.az xəbər verir ki, nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində keçirilmiş qəbulda vətəndaşların işlə təminat, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik sayğacının quraşdırılması və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib.

Qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan 15 vətəndaş iştirak edib.

Natiq Orucov
Xəbəri paylaş