Qarşıda xurafatlar ilə zəngin bir ay bizi gözləyir. Başını yarıb qanını axıdanlar, belinə zəncir vurub ah-nalə edənlər, bilib-bilmədən danışanlar və.s ortalıqdan çıxmayacaqlar.
Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal Anar Salehoğlu səsləndirib. O bildirib ki, din bizə özümüzə zülm etməyi öyrətmir:
"Əksi olsaydı ümumiyyətlə mən elə dini heç qəbul etməzdim. Ancaq İslam gözəllikləri aşılayır, yaxşılıq etməyi, sadə, səmimi olmağı öyrədir. Kərbəla şəhidlərini yad etmək dini inanclarımıza görə vacibdir. Amma digər işlər - baş vurmaq, zənçir çırpmaq və.s hamısı xurafatdır və yolverilməz hərəkətlərdir.
Əgər dinimizi təmiz və doğru öyrənmək, təbliğ etmək və gələcək nəsillərə ötürmək istəyiriksə o, zaman ilk işimiz xurafatçılığın qarşısını almaq olmalıdır!"
Anar Əliyev