Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaqlar arasında “Heydər Əliyev - 100 il” müsabiqəsi keçirilib

Uşaqlar arasında “Heydər Əliyev - 100 il”  müsabiqəsi keçirilib


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin uşaqları üçün maarifləndirici-əyləncəli tədbir keçirib.

Newscenter.az xəbər verir ki, uşaqlar üçün təşkil olunan nahardan sonra ümummilli lider Heydər Əliyevlə bağlı təqdimat nümayiş etdirilib. Təqdimatdan sonra viktorina keçirilib, Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sualları düzgün cavablandıran 5 şagirdə hədiyyələr təqdim olunub. Tədbir çərçivəsində uşaqlar arasında “Heydər Əliyev - 100 il” müsabiqəsi də təşkil edilib. Müsabiqə zamanı Heydər Əliyev Mərkəzinin şəkli əks olunmuş lövhəni ən tez tamamlayan 15 nəfərə hədiyyələr verilib.

Tədbirin sonunda bütün uşaqlara xatirə hədiyyələri, təmsil etdikləri məktəbə isə ümummilli lider Heydər Əliyev haqqında kitab təqdim olunub.

Sona
Xəbəri paylaş