Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin etilen-polietilen zavodundan tullantı suların torpaq kanal vasitəsilə Sumqayıtçaya, oradan da təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması faktı müəyyən edilib.
Newscenter.az-ın xəbərinə görə, Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, tullantı sularından götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə əsasən zərərli maddələrin miqdarının normadan artıq olduğu məlum olub.
“Faktla bağlı zavodun direktoru Oqtay Niftəliyev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Nöqsanların aradan qaldırılması və tullantı sularının düzgün idarə olunması məqsədilə direktora məcburi göstəriş verilib”.
Sona