Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnformasiya savaşımızda ön sıralarda mövqe tutan jurnalistlərimiz

İnformasiya savaşımızda ön sıralarda mövqe tutan jurnalistlərimiz


"Milli mətbuat və Jurnalistika günü münasibətilə bütün media mənsublarımızı təbrik edir, hər bir jurnalistimizə cansağlığı, xoş günlər, o cümlədən də, qərəzsiz, vicdanlı, obyektiv fəaliyyət arzu edirik. İnanırıq ki, ali ideallara söykənən bir təməl üzərində qurulmuş milli mətbuatımız bu müqəddəs cameəyə yol tapmış söyüş, təhqir, böhtan və reketlik kimi naqisliklərə sığınanlardan arınaraq, müzəffər ölkənin qalib jurnalisti kimi haqq etdiyi pilləyə ucalmaqda davam edəcək".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki,
bu əlamətdar gündə həmçinin, şəhid jurnalistlərimizin xatirəsini ehtiramla anır, onlara Allahdan rəhmət diləyirik:

"Nə gözəl ki, onların uğrunda canlarını fəda etdikləri ideallar cənab İlham Əliyevin rəhbərliyi altında reallaşmaqda və Azərbaycan özünün ən qüdrətli dövrünü yaşamaqdadır. Bu şərəfli mübarizədə - informasiya savaşımızda ön sıralarda mövqe tutan jurnalistlərimizə bir daha xüsusi təşəkkürümüzü çatdırır, gününüz mübarək olsun deyirik".

Anar Əliyev
Xəbəri paylaş