Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev tərəfindən KİV-in inkişafına hər cür şərait yaradılır

Prezident İlham Əliyev tərəfindən KİV-in inkişafına hər cür şərait yaradılır


Bu gün Azərbaycan mətbuatının yaranmasından 148 il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan “Əkinçi” qəzetinin nəşrə başladığı gün - 22 iyul, Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

Ölkəmizdə möhtərəm Prezident İlham Əliyev tərəfindən kütləvi informasiya vasitələrinin inkişafına hər cür şərait yaradılır. Ölkəmizdə mətbu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar, mətbuata və mətbuat işçilərinə göstərilən diqqət və qayğının tərkib hissəsidir. O cümlədən dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün yaşayış binalarının tikilməsi bunun bariz nümunəsidir.

Onu da qeyd edim ki, Vətən müharibəsində hər bir Azərbaycan vətəndaşı, o cümlədən jurnalistlər cənab Ali Baş Komandanın və Azərbaycan Ordusunun yanında olduğunu öz əməlləri ilə sübut etdilər. Döyüş meydanından reportajlar hazırlayaraq həm ölkə, həm də dünya ictimaiyyətini məlumatlandıran media nümayəndələrimiz ekstremal vəziyyətlərdə lentə aldıqları foto və video materialları peşəkarlıqla işıqlandırdılar.

1991-1992-ci illərdə xidməti vəzifələrini yerinə yetirərkən Şəhid olmuş – Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Osman Mirzəyev, Fəxrəddin Şahbazov, Kazımağa Kərimov və Arif Hüseynzadə Birinci Qarabağ müharibəsində, Sirac Abışov və Məhərrəm İbrahimov isə erməni işğalından azad edilmiş Kəlbəcər rayonunda 2021-ci ildə Şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan jurnalistləridir. Şəhid jurnalistlərimizi ehtiramla anır, hər birinə Allahdan rəhmət diləyirəm.

İşində peşəkarlıq, obyektivlik, prinsipiallıq və əsl vətəndaşlıq mövqeyi sərgiləyən, milli mətbuatımızın zənginliyinə töhfə verən bütün jurnalistlərimizi Milli Mətbuat Günü münasibətilə təbrik edir, işlərində yeni-yeni nailiyyətlər arzulayıram.

Əziz jurnalistlər, bayramınız mübarək!

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş