Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşada Qlobal Media Forumu erməni informasiya maşınını zərərsizləşdirmək baxımından xüsusi önəm kəsb edirdi

Şuşada Qlobal Media Forumu erməni informasiya maşınını zərərsizləşdirmək baxımından xüsusi önəm kəsb edirdi


“Ötən gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşada Qlobal Media Forumunun keçirilməsi postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələri¸ quruculuq-abadlıq işlərinin xarici media nümayəndələri vasitəsilə bir daha dünya ictimaiyyətinı çatdırılması baxımından əhəmiyyətli idi. Bu forum həmçinin, Azərbaycana qarşı beynəlxalq səviyyədə informasiya savaşı aparan və dünyanı öz yalanlarına inandırmaq istəyən erməni informasiya maşınını zərərsizləşdirmək baxımından da xüsusi önəm kəsb edirdi”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov Şuşada “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun keçirilməsini şərh edərkən səsləndirib. Millət vəkili Forumda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xarici media nümayəndələrinin suallarını geniş və əhatəli şəkildə cavablandırdığını, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar barədə KİV-ləri ətraflı məlumatlandırdığını diqqətə çatdırıb:

“Dövlət başçısının forumun sual-cavab bölümündə diqqət çəkdiyi əsas məsələ ondan ibarət oldu ki, Azərbaycanın qələbəsini həzm etməyən qüvvələr hələ də var və bu gün həmin qüvvələr Azərbaycana qarşı kampaniya aparırlar. Cənab Prezidentin də qeyd etdiyi kimi bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk”

Anar Əliyev
Xəbəri paylaş