Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib

Hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib


Hava şəraiti ilə əlaqədar əhalinin çimərliklərə, istirahət zonalarına kütləvi hərəkəti nəzərə alınaraq Daxili İşlər Nazirliyi tərəfindən polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib.

Newscenter.az DİN-ə istinadən bildirir ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin təminatı məqsədilə xidmətə əlavə canlı qüvvə və xidməti avtomobillər çıxarılıb.

Respublikanın bütün turizm zonalarına — çimərliklərə və digər istiqamətlər üzrə hərəkətin fasiləsizliyi təmin olunmaqla naryad qrupları təhkim olunub. Köməyə ehtiyacı olan şəxslərə çağırışılar üzrə operativ köməkliklər göstərilib, müfaviq dövlət qurumları ilə əlaqəli fəaliyyət icra edilib.

Hazırda xidmət davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş