Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.
Newscenter.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.
Anar Qafarov əlavə edib ki, Q.İbadoğlunun həyat yoldaşı saxlanılmayıb, iddialar əsassızdır.