Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa Forumunda dezinformasiya və feyk xəbərlərlə mübarizə üsulları müzakirə edilir

Şuşa Forumunda dezinformasiya və feyk xəbərlərlə mübarizə üsulları müzakirə edilir


Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutan Qlobal Media Forumunun üçüncü günü "Mediada investisiya və istehlak tendensiyaları" adlı sessiyanın davamı ilə başlayıb.

Newscenter.az xəbər verir ki, sessiyada yeni mediada istehlak tendensiyaları və media savadlılığı mövzusuna toxunulub.

Tədbirdə yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak edirlər.

"PA Media Qrup"un baş icraçı direktoru Klayv Marşall, "DigiTips" şirkətinin təsisçi və baş icraçı direktoru Mattias Lüfkens, müdafiə analitiki Oubai Şahbandar, Gürcüstanın İctimai Televiziyasının baş direktoru Tinatin Berdzenuşişvili dezinformasiya və feyk xəbərlərlə mübarizə üsullarından danışıblar, media məhsullarının istehsal və istehlakı ilə bağlı dəyişən trendlər, mediada investisiya məsələləri media savadlılığının peşəkar medianın inkişafında rolu, yeni mediada dəyər zəncirinin yaradılması və biznes modellərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Tədbirdə, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.

Forum işini iyulun 23-də yekunlaşdıracaq.

Mehman Mehdiyev
Xəbəri paylaş