Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşada Qlobal Media nümunəsi -VAQİF ABDULLAYEV YAZIR

Şuşada Qlobal Media nümunəsi


Prezident İlham Əliyevvin Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunda iştirakı Forum iştirakçılar tərəfindən böyük rəğbət və maraqla izlənildi. Üç saata yaxın vaxt ərzində 60-dan çox yerli jurnalistin, media subyekti rəhbərlərinin suallarının cavablandırılması Azərbaycan Prezidentinin böyük istedadının və dərin təfəkkürünün, əsil media örnəyi göstərməsinin nümunəsi idi.

İlk növbədə, onu qeyd edək ki, Forumun Şuşa şəhərində təşkil olunması və tədbirə müxtəlif ölkələrin nüfuzlu media orqanlarının qatılması müasir reallıqlar şəratində Azərbaycan həqiqətlərinin beynəlxalq arenada təbliği, Ermənistanın 30 il ərzində Azərbaycana vurduğu maddi-mənəvi terrorun bütün nüanslarını əsil çılpaqlığı ilə dünya media üzvlərinin yerindəcə tanış olması baxımından siyasi təşviqat kimi müstəsna rolu vardır.
Forumda Cənab Prezident tərəfindən səsləndirilən dərin məzmunlu fikirlər ilk növbədə, Azərbaycanın media siyasətinin hədəf prinsiplərinin ümummilli məqsdələrə və dövlətçilik mənafelərinə söykəndiyini əks etdirməklə birbaşa ümumdövlət konsepsiyasının bir atributu olduğunu təsdiqlədi.

Azərbaycan mediasının bütün dövrlərdə, xüsusilə də, işğal dövründə vətənpərvər ruhda misilsiz iş görməsi, vahid ideya ətrafinda six birləşməsi, tarixi Qələbə zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz xidmətlərini yüksək dəyərləndirən Cənab Prezident media resurslarımızın həmrəylik və birlik prinsipinin hər zaman davamlı olmasını da tövsiyə etdi. Onun media nümayəndələrinə belə də davam edin, tövsiyəsi əsil müdrik liderin uzaqgörən praqmatik yol xəritəsi hesab edilə bilər.

Şuşa Qlobal Media Forumunda bir çox dövlətlərin nüfuzlu medai mənsublarının iştirak etməsi və Azərbaycan Prezidenti ilə həddən artıq açıq və səmimi ovqatda suallara cavab almaları Azərbaycanda söz və fikir azadlığının, azad medianın obrazını bir daha dünyaya nümayiş etdirdi.

Cənab İlham Əliyevin jurnalistlərin çoxsaylı suallarına təmkinlə, ətraflı və dolğun şəkildə cavab verməsi, bütün suallara media konteksindən peşəkarcasına yanaşması Onun mətbuata, sosial mediaya nə qədər açıq olmasının göstəricisi sayıla bilər. Ələxsus da, İlham Əliyevin günümüzün əsas informasiya platformasına çevrilmiş sosial mediaya xüsusi yanaşma sərgiləməsi onun həqiqtən də dördüncü sənaye inqilabı mühitində artan innovativ informasiya çağırışlarına adekvat müdrik hazırcavablığının ən mükəmməl nümunəsaidir.

Cənab Prezidentin informasiya müharibəsi şəraitində median öhdəsinə düçən vəzifələrin yerinə yetirməsi, ictimai rəydə düzgün təsəvvür formalaşdırması, regional proseslərə olduqca cəsarəli və uzaqgörən baxışlar prizmasından obyektiv qiymət verməsi ilə bağlı fikirləri dünya media siyasətinin yeni trendlərinə ustadcasına yeni yanaşma tərzi idi.

Şuşa Qlobal Forumumda Azərbaycan Prezidentinin dəyərli fikir və tövsiyələri təkcə Azərbaycan mediasının peşə prinsipləırinə ləyaqətlə xidmət etmək məsləhəti ilə yanaşı, tədbirdə iştirak edən müxtəlif ölkələrin media üzvlərinə söz və informasiya yayımında obyektivliyi və ədaləti qorumaq kimi ali medai prinsipləri barədə dəyərli fikirlərinin təqdimatını formalaşdırır.



Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş