Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əlcəzairdə meşə yanğınları 34 nəfərin həyatına son qoyub -ÖZƏL

Əlcəzairdə meşə yanğınları 34 nəfərin həyatına son qoyub


Əlcəzairdə meşə yanğınları nəticəsində həlak olanların sayı 34 nəfərə çatıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, ölkənin Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb.

Bildirilib ki, ölkənin 11 şəhərində baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı arta bilər.

Qeyd edək ki, Əlcəzairin şimal şəhərlərində 48 dərəcəni keçən isti və küləklər yanğının söndürülməsinə mane olur.

Müdafiə və Daxili İşlər nazirliklərinin verdiyi açıqlamalarda yanğınlar zamanı 25-i əsgər olmaqla 51 nəfərin yaralandığı bildirilib.

Mehman Mehdiyev
Xəbəri paylaş