“Azərbaycan beynəlxalq mexanizmlər vasitəsilə dialoqun qurulmasına çalışır və beynəlxalq tərəfdaşlar da sülh üçün fəallıq göstərirlər. Azərbaycan Qarabağdakı ermənilərə humanitar yardımın göstərilməsinə heç zaman mane olmayıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Elvin Babayev səsləndirib. Onun sözlərinə görə, Ermənistan və eləcə də erməni lobbisi bölgədəki reallıqları tamamilə yanlış şəkildə beynəlxalq aləmin gündəminə gətirir:
"Prezident İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söylədiyi kimi, Ermənistanda müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır. Həqiqət budur ki, Ermənistanda, eləcə də Qarabağda Azərbaycana qarşı nifrət təbliğ olunur. Ermənilərin istər sosial şəbəkələrdəki təbliği, istərsə də son günlər Xankəndində keçirilən mitinq bunu sübut edir”.
Anar Əliyev