Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fiziki şəxs hüquq və vəzifələri hansı adla həyata keçirir? -ÖZƏL

Fiziki şəxs hüquq və vəzifələri hansı adla həyata keçirir?


Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26-cı maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyib ki, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir:

"Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir".

Vəkil deyib ki, fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır:

"Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Başqa şəxsin adı ilə hüquq və vəzifələr əldə edilməsinə yol verilmir. Fiziki şəxsin adından qanunsuz istifadə nəticəsində ona vurulmuş ziyanın əvəzi ödənilməlidir".

İnqilab Süleymanov
Xəbəri paylaş